Ərtoğrul 1890 2015
Yaponiya və Türkiyə arasında dostluğun möhkəmlənməsində böyük rol oynayan iki tarixi hadisə haqqındadır. 16 Sentyabr 1890-da yapon sularında qayalara çırpılaraq batan Türk savaş gəmisi Ərtoğrulun qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq cəhdləri, eyni zamanda 1985-ci ildə İran-İraq müharibəsi zamanı İranda çarəsiz qalan 300-dən çox yapon vətəndaşının Turqut Özalın səyi nəticəsində Türk Hava Yolları vasitəsilə xilasından bəhs edilir.